Çində 53 ton qızıl ehtiyatı tapılıb

Çinin Sincan vilayətində 53 ton qızıl ehtiyatı tapılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bölgənin Geologiya və Mədən Ehtiyatları İdarəsi Sincan vilayətinin Şinyüen qəsəbəsində tapılan qızıl ehtiyatının dəyərinin 3,2 milyard dollar olduğunu deyib. Uzunluğu 3 kilometr eni isə 60-300 metr arasında dəyişən mədəndə qızıl ehtiyatından başqa 31 min 200 ton mis ehtiyatı da tapılıb.
Qeyd edək ki, Sincan vilayətində eyni ərazidə 1998-ci ildə də 50 ton qızıl ehtiyatı tapılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31