“Apple” vergi cinayətində günahlandırılır
22 May 2013 20:33 DünyaDünyanın məhşur "Apple" şirkəti ABŞ hökuməti tərəfindən milyardlarla dollar məbləğində vergi ödəməməkdə ittiham olunur. SİA-nın Euronews-a istinadən verdiyi xəbərə görə, ABŞ konqresinə təqdim olunan sənədlərdə texnologiya nəhənginin İrlandiyada qurduğu şirkətlə bağlı hesabat verilmədiyi bildirilir. Senatorlar qarşısında ifadə verən "Apple" şirkətinin baş direktoru Tim Cook deyib ki, rəhbərlik etdiyi şirkət bu günə qədər ABŞ-ın dövlət büdcəsinə böyük iqtisadi dividentlər qazandırıb. Lakin ABŞ hökumətidə vergi siyasətində bir qədər güzəştlər tətbiq etməlidir. Tim Cook həmçinin əlavə edib ki, bundan sonra ölkə xaricinə çıxan investisiya yenidən geri qayıda bilər.
Qeyd edək ki, ABŞ-ın dövlət büdcəsindən 30 milyard dollar yayındıran "Apple" İrlandiyanın Cork şəhərində beynəlxalq əməliyyat şirkəti yaradıb.