İranda elektron qandaldan istifadə ediləcək
18 May 2012 18:54 Dünya"Elektron qandallar tətbiq olunduqdan sonra bütün təqsirkarların həbsxanalarda saxlanılması dövrü sona çatacaq".APA-nın "Mehr" xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə İranın həbsxanalar qurumunun sədri Qulamhüseyn İsmaili açıqlama verib. O bildirib ki, yeni qanuna əsasən təqsirkarların bir qismi artıq həbsxanalarda deyil, elektron qandalla nəzarətdə saxlanılacaq: "Bu texnologiya həm təqsirkarların, həm də həbsxanaların xeyrinədir. Bununla da həbsdə saxlanılan məhkumların sayı azalacaq. Elektron qandalı sıradan çıxarmaq mümkün deyil. Kim qandala müdaxilə etsə, dərhal sistem xəbərdarlıq göndərəcək".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31