Yeni hökumətin ilk işi öz maaşlarını azaltmaq oldu
Fransada president, baş nazir və nazirlərin maaşı 30 faiz azaldıldı
18 May 2012 12:43 DünyaFransanın yeni hökuməti keçirdiyi ilk nazirlər kabineti iclasında nazirlərin və prezidentin maaşının 30 faiz azaldılması istiqamətində qərar qəbul etdi. İclasdan sonra verilən açıqlamada bildirilib ki, bu, sosialist Olandın seçki platformasında vəd etdiyi "iqtisadi böhranla mübarizə" sahəsində atılan rəmzi bir addımdır.
Qeyd edək ki, Nikolas Sarkozinin prezident seçilməsi ilə 2007-ci ildə 170 faiz artırılan və 19 000 avro olan prezident maaşı artıq 13 000 avro olacaq.
Bundan başqa baş nazir Jan Mark Ayrolla 17 qadın və 17 kişidən ibarət nazirlər kabinetinin "şəxsi mənfəət güdməyəcəkləri, vəzifələrindən sui-istifadə edərək parlamentarilərə və yerli icraedici orqanlara təsir göstərməyəcəklərinə dair" razılaşmaya da gəldikləri bildirilir.