Bəhreyndən İrana qarşı tələb

Bəhreynin xarici işlər naziri şeyx Xalid əl-Xəlifə İrandan Bəhreynin və Fars körfəzinin ərəb ölkələrinin daxili işlərinə müdaxiləni dayandırmağı tələb edib. Bu barədə Trend "Əl-Ərəbiyyə" telekanalına istinadən məlumat verir.Əl-Xəlifə bu tələbləri İran rəsmilərinin Bəhreynin İranın 14-cü əyaləti olması və bəhreynlilərin Səudiyyə Ərəbistanı ilə ittifaq yaratmaq istəmədikləri haqqında bəyanatlarına cavab olaraq səsləndirib.
Nazir qeyd edib ki, İranın Bəhreynin daxili işlərinə müdaxilə etməsi 1979-cu ildən davam edir, lakin son vaxtlar bu, daha fəal olub ki, bu da qəbuledilməzdir.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31