Məşhur türk sevgilisi Adriana Limadan danışdı - FOTO

11 İyul 2019 16:14 (UTC+04:00)

Məşhur terapevt və yazıçı Metin Hara eks-sevgilisi Adriana Limanın yeni münasibətləri haqqında danışıb.

Olaylar.az xəbər verir ki, yazıçı sükutu pozaraq braziliyalı modelin türk iş adamı Emir Uyar ilə görüşməsini belə şərh edib:

"Daim şəxsi həyat haqqında suallar gəlir, amma mən bu barədə danışmıram. Yenə də danışılmasını düzgün hesab etmirəm, amma biz 5 ay əvvəl onsuz da yollarımızı ayırmışıq. Mən Türkiyəyə gəlməyə qərar verdim, çünki anamda 12 sm onkoloji şiş var idi. Cərrahiyyə əməliyyatında və sonra yanında olmaq çox vacib idi. Odur ki, nə olursa olsun, həyatımızdakı, birlikdə olduğumuz və dostluq qurduğumuz hər adama ədalətli, mərhəmətli və sayğılı davranmağın tərəfdarıyam".

publika