Azərbaycanda maşın 2 şagirdi vurub, birinin üstündən keçdi – Foto

13 İyun 2019 16:09 (UTC+04:00)

Xırdalan şəhərində 2 saylı orta məktəbin həyətində bədbəxt hadisə baş verib.

Bu barədə hadisə şahidləri məlumat veriblər. Bildirilib ki, "Hyundai-Azera" markalı avtomobil məktəbin girişində məktəbliləri əzib. Bildirilir ki, hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Maşın onlardan ikisini vurub, birinin isə üstündən keçib.

Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub. Yaralı məktəblilər xəstəxanaya yerləşdiriliblər.

Məsələ ilə əlaqədar 2 saylı orta məktəblə əlaqə saxladıq. Məktəbdən baku.ws-ə bildirdilər ki, hadisə nəticəsində məktəbin bir şagirdi yaralanıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qəza nəticəsində 1 şagird Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralı Qurbanəli Kərəm oğlu Qurbanəliyevə hazırda həkim nəzarətindədir.