İrana 41 il sonra ilk dəfə o gəldi

12 İyun 2019 16:44 (UTC+04:00)

Yaponiya Baş naziri Şinzo Abe Tehrana gəlib.

Bu barədə məlumatı İran Dövlət Televiziyası yayıb. Məlumata görə, Abeni Tehrandakı hava limanında İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif qarşılayıb. Onun səfərinin iki gün davam edəcəyi bildirilib.

Abe səfər öncəsi açıqlamasında İrana səfərinin regional gərginliyin azaldılmasına hesablandığını açıqlamışdı. Abe Yaxın Şərqdə hökm sürən vəziyyətdən ciddi narahatlıq keçirdiyini söyləmişdi.

"Mən burada sülhün yaradılmasın üçün mümkün olduğu qədər daha vacib rol oynamaq istəyirəm", - baş nazir bildirmişdi.

Qeyd edək ki, bu, son 41 ildə İrana gələn ilk Yaponiya baş naziridir. Bundan öncə bu ölkəyə 1978-ci ildə Yaponiya Baş naziri Takeo Fukuda səfər edib. Onun səfəri şahın hakimiyyətdə olduğu zamana təsadüf edib.

axar