Moskvada jurnalistə dəstək aksiyası: Navalnı saxlanıldı

12 İyun 2019 15:23 (UTC+04:00)

Moskvada həbs edilən araşdırmaçı jurnalist İvan Qolunova dəstək aksiyası keçirilib.

Aksiyanın başlanğıcından etibarən polis həbslərə başlayıb. Aksiya zamanı həmçinin "Meduza" saytının əməkdaşı İlya Jequlev, Andrey Perçev, "MBX media"nın baş redaktoru Veronika Kuçılo da saxlanılıb. Saxlanılanlar arasında bloger Aleksey Navalnı da olub.

"OVD info" həbs edilənlərin sayının 35-ə çatdığını və saxlanılanlar arasında "Meduza", "Dojd" və "Röyter" əməkdaşlarının olduğunu bildirib.

Qeyd edək ki, Daxili İşlər naziri Vladimir Kolokoltsev ötən gün jurnalistlərə açıqlamasında rusiyalı araşdırmaçı-jurnalist İvan Qolunova qarşı irəli sürülmüş ittihamlar götürüldüyünü və onun azad ediləcəyini bildirmişdi.

axar