İnqilab diktaturaya keçir: Nikolun partiyasında narazılıq artır

12 İyun 2019 13:25 (UTC+04:00)

Nikol Paşinyanın Mülki Müqavilə Partiyası daxilində gərginlik artır.

Bu iddia ilə "Jamanak" qəzeti çıxış edib.

"Abovyandakı mer seçkisində partiyasının uduzmasından sonra çıxış edən Baş nazir Nikol Paşinyan bu seçkidə inqilab və demokratiyanın qələbə qazandığını açıqladı. Bizim mənbələrimizin verdiyi məlumata görə, Mülki Müqavilə Partiyasının daxilində Paşinyanın dediyi demokratiya və onun nəticələri barədə böyük narazılıq yaranır. Partiya üzvləri hesab edirlər ki, Ermənistan hələ demokratiyaya hazır deyil və indi ölkəni klan sistemindən azad edəcək güclü əl lazımdır, əks təqdirdə mövcud sistem çox sürətli şəkildə demokratiya və inqilabı yox edəcək", - deyə məqalədə bildirilib.

axar

Ermənistan daha yarım milyard borc alır