Əgər Heydər Əliyev hakimiyyətə gəlməsəydi...

12 İyun 2019 13:06 (UTC+04:00)

Bu günkü müstəqil Azərbaycandan danışmaq olmazdı

Azərbaycanın parçalanma, bir dövlət kimi məhv olma, müstəqilliyini itirmək təhlükəsindən xilas olmasından 26 il keçir. 26 il əvvəl, bu günlərdə ölkədə baş verən siyasi qarşıdurma, xaos və anarxiya, vətəndaş müharibəsi reallığından ölkəni yenə də Heydər Əliyev xilas etdi. Azərbaycan xalqının təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev ölkədə yaranmış qeyri-sabit vəziyyəti qısa müddətdə aradan qaldırmağa, ölkəni vətəndaş müharibəsindən xilas etməyə qadir oldu.

26 il əvvəl ölkədə cərəyan edən hadisələrin canlı şahidlərinin, həmin hadisələrin yaxından iştirakçılarının fikirlərini, tarixi dəyərləndirmələrini dinləmək daha maraqlı olduğu üçün sabiq millət vəkili Cahangir Hüseynovla söhbətləşdik.  1992-ci ilin may-iyun aylarında Azərbaycanın vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qaldıöını deyən sabiq millət vəkili deyib ki, bunun da əsas günahkarları o zamankı AXC-Müsavat hakimiyyəti idi. Cahangir Hüseynovun sözlərinə görə, səriştəsiz və heç bir siyasi təcrübəsi olmayan AXC-Müsavat hakimiyyətinin istər kadr islahatları, istər iqtisadi və sosial sahədə atmış olduğu addımlar vəziyyətin normallaşmasından daha çox, onun gərginləşməsinə xidmət edirdi: "Çünki heç bir idarəetmə təcrübəsi, hətta ali təhsili belə olmayan şəxslər hakimiyyətin müxtəlif qollarında yer alır, məmura çevrilirdilər. Rəhbərlik etdiyi sahədən hem bir anlayışı olmayan ayrı-ayrı şəxslərin vəzifəyə gətirilməsi istər-istəməz həmin sahənin daha da geriləməsinə, vəziyyətin getdikcə mürəkkəbləşməsinə gətirib çıxarırdı: "Nəticə etibarilə yerlərdə sosial narazılıqlar baş qaldırırdı. İqtisadi və sosial sahədə mövcud olan çoxsaylı problemlər xalqın mərkəzi hakimiyyətdən narazılığını artırırdı. Həmin dövrdə Milli Qəhrəman, korpus komandiri Sürət Hüseynov ilə hakimiyyət başında olan AXC nümayəndələri arasında kəskin bir vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. Demək olar ki, rayonların əksəriyyətində mövcud hakimiyyətə itaətsizlik göstərib yeni icra strukturları yaradılmışdı. Mövcud hakimiyyətə isə iqtidarda olduğu 1 il ərzində buraxdığı kobud səhvlərə görə demək olar ki, xalq tərəfindən inamsızlıq yaranmışdı. AXC-Nüsavat hakimiyyəti Gəncə hadisələri baş verərkən Prezident Adminstrasiyası qarşısında mitinq keçirmək qərarına gəldi. Təsəvvür edin ki, həmin mitinqə heç 50-100 nəfər adam gəlmədi. Gəncəyə göndərdikləri ordu birləşmələri isə Sürət Hüseynovun briqadası tərəfindən zərərsizləşdirilib tərksilah edildilər". Həmin dövrdə xalqın təkidli tələbi ilə ümummilli ılider Heydər Əliyevin Bakıya səvət edildiyini deyən sabiq millət vəkili onu da vurğulayıb ki, o zaman bir sıra qüvvələr Heydər Əliyevin Bakıya gəlməsinə mane  olmaq istəyirdilər və bu  cəhd böyük bir siyasi savadsızlıgı göstəricisi idi. Cahangir Hüseynov onu da diqqətə çatdırıb ki. Gəncə hadisələri başlayan ərəfədəMilli Təhlükəsizlik Nazirliyinin polkovniki, Gəncə Milli Təhlükəsizlik Nazirliyinin keçmiş şöbə rəisi Cəbrayıl Nağıyevlə Gəncəyə gedərək orada görüşlər keçirib, mitinqlərdə çıxışlar ediblər: "Biz Gəncədə olarkən Surət Hüseynovla da görüşdük. Bildirdik ki, yaranmış vəziyyətdən yeganə çıxış yolu Heydər Əliyevin Bakıya dəvət edilməsidir və Heydər Əliyev Bakıya gəlməsə ölkədə daha böyük qarşıdurmalar olacaq. Ümumiyyətlə, həmin dövrlər çox acınacaqlı idi. Qeyri-qanuni silahlı birləşmələrin sayı kifayət qədər idi. Hətta uşaqlar belə silahlardan oyuncaq kimi istifadə edirdilər. Bunun da çox acı nəticələri olurdu. Ya əllərində partlayır, onlara xəsarət yetirir, ya da ehtiyatsızlıqdan digər xoşagəlməz hadisələr olurdu. Belə bir dövrdə iyunun 15-də Heydər Əliyev Bakıya gəldi və o zaman Ali Sovet rəhbərliyinə Heydər Əliyevlə yanaşı alternativ bir nəfərin də namizədliyinin irəli sürülməsi təklif edildi". Sabiq millət vəkili hesab edir ki, o zaman ümummilli lider Heydər Əliyev hakimiyyətə gəlməsəydi bu günkü müstəqil Azərbaycandan danışmaq olmazdı: "Ölkəmizin durumu çox çətin, acınacaqlı olardı. Regionda, Azərbaycanda marağı olan güclər yenidən bizim müstəqilliyimizə son qoyar, ölkəni parçalayıb əyalətlərə, bölgələrə ayırardılar. Ancaq Heydər Əliyevin hakimiyyətə gəlişi ilə tez bir zamanda bu təhlükələr aradan qalxdı, dövlətçilik bərpa edildi".

Süleyman