İvanişvili Saakaşvilinin partiyasını qadağan etdirir

12 İyun 2019 12:01 (UTC+04:00)

Gürcüstan Kommunist Partiyası və Vahid Milli Hərəkat Partiyası qadağan edilməlidir.

Bu təkliflə Gürcüstan parlamentinin spikeri İrakli Kobaxidze çıxış edib. O, bununla bağlı Konstitusiya Məhkəməsinə müraciət etməyi təklif edib.

Qeyd edək ki, Kobaxidzenin belə təkliflə çıxışına səbəb Vahid Milli Hərəkat və Avropa Gürcüstanı partiyalarının Gürcü Arzusu Partiyasını Kommunist Partiyası ilə əlaqədə ittiham etməsi olub.

axar