Köşkdən pul oğurlayan saxlanıb

11 İyun 2019 15:43 (UTC+04:00)

Gəncənin Nizami rayonu ərazisindəki köşklərin birindən pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Nizami (Gəncə) RPİ-nin əməkdaşları tərəfindən iyunun 8-də rayon ərazisindəki köşklərin birindən 250 manat oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş T.Məmmədov saxlanılmışdır.