Ərdoğan məşhurlarla iftarda- FOTOLAR

26 May 2019 17:58 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sənətçi və idmançılarla hər il olduğu kimi, bu il də ənənəvi iftar qonaqlığında görüşüb.

"Qafqazinfo" xəbər verir ki, Dolmabağça Sarayında keçirilən görüşdə prezident qonaqlara təşəkkür edərək mədəniyyət tədbirlərinə göstərilən dəstəyin əvvəlki illərlə müqayisədə 50 dəfə artırıldığını bildirib.

Ərdoğan bundan sonra da sənətçi və idmançıların etibarını yüksəldib, imkanlarının artırılmasına çalışacaqlarını qeyd edib.