Rusiyadan Türkiyəyə gəldi, həyatının şokunu yaşadı

15 May 2019 18:20 (UTC+04:00)

Hadisə Kemer adlı ərazidə qeydə alınıb

Türkiyənin Antalya şəhərində Rusiya vətəndaşı Natalya Vıbornova meşədə gəzərkən yıxılaraq ayağını qırıb.

Hadisə Kemer adlı ərazidə qeydə alınıb.

Turist qrupu hadisə yerinə təcili tibbi yardım çağırıblar. Xilasetmə xidmətinin əməkdaşları Natalyanı helikopterlə aparmaq istəsə də, helikopterin enişi üçün meşədə yer tapılmayıb.

O, saat 19:00-da xəstəxanaya çatdırılıb.