Gənc qız İnstagramdakı paylaşımına görə intihar etdi

15 May 2019 18:10 (UTC+04:00)

Polis rəisi qızın depressiyaya meylli olduğunu deyib

Malayziyada 16 yaşlı gənc qız İnstagramda keçirdiyi anketdən sonra intihar edib.

O, İnstagramın hekayə bölümündə "Gerçəkdən vacibdir, qərar verin, Ö/Y?" yazaraq anket hazırlayıb. Paylaşımdakı Ö-öl, Y-yaşa mənasını verirmiş.

Anketdə iştirak edənlərin 69 faizi bilmədən gənc qızın həyatına son verməsi üçün səs veriblər.

Bölgənin polis rəisi Aidil Bolhasan verdiyi açıqlamasında gənc qızın depressiyaya meylli olduğunu söyləyərək "Ölümündə başqa səbəblərin olub-olmaması araşdırılır" deyib.

aznews