Avtomobil qaçıran şəxs tutulub

15 May 2019 15:52 (UTC+04:00)

Avtomobil qaçırmaqda şübhəli bilinən Quba rayon sakinləri saxlanılıblar. DİN-dən "Olaylar"a verilən məlumata görə, Quba RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 13-də rayon sakini M.Bayramovun "VAZ-21093" markalı avtomobilini qaçırmaqda şübhəli bilinən rayon sakinləri O.Bədəlov, T.Əliyev və əvvəllər məhkum olunmuş T.Atakişiyev saxlanılmışlar. Avtomobil müvəqqəti duracağa yerləşdirilmişdi