“Azərsu” yeni elektron xidmət istifadəyə verib

22 Aprel 2019 16:49 (UTC+04:00)

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti istehlakçılara göstərilən xidmətlərin asanlaşdırılması, bu sahədə şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə "Abonentə aid ünvan məlumatlarının dəqiqləşdirilməsi"adlı yeni elektron xidməti istifadəyə verib. Səhmdar Cəmniyyətdən "OLAYLAR"-a bildirilib ki. sayca 17-ci olan bu xidmət vasitəsilə abonentlər "Azərsu" ASC-nin informasiya sistemlərindəki ünvan məlumatlarını dürüstləşdirə bilərlər.

Elektron xidmətdən istifadə etmək üçün www.azersu.az saytında "Elektron xidmətlər" bölməsindəki elektron xidmətlərin siyahısından "Abonentə aid ünvan məlumatlarının dəqiqləşdirilməsi"  xidməti seçilməlidir. İstifadəçi  şəxsiyyət vəsiqəsinin FİN kodunu daxil etdikdən sonra xidmətdən istifadə edə bilər.

Qeyd edək ki, hazırda "Azərsu" ASC tərəfindən 17 adda elektron xidmət göstərilir. 2018-ci ildə bu xidmətlərdən istifadə ilə bağlı 345 min, 2019-cu ilin birinci rübündə isə 33 min müraciət qeydə alınıb.