Qədim dünya xəritələrinin ermənilər naminə saxtalaşdırılması

22 Aprel 2019 14:15 (UTC+04:00)

            III məqalə

Tarixi-coğrafi məlumatların dəqiqləşdirilməsi və müqayisəli təhlili üçün onun təsviri materallarının, xüsusilə xəritə və atlaslarının əhəmiyyəti indiki çağımızda da elmi-nəzəri dəyərə malikdir. Bu nümunələr həmin dövrlərin ictimai-siyasi inkişaf xüsusiyyətlərinin təhlili, müqayisəli qiymətləndirilməsi, müəyyən mərhələdə dövlətlərarası beynəlxalq münasibətlərin qarşılıqlı təsirinin öyrənilməsi baxımından qiymətli məxəz rolunu oynayır. Bir cəhəti qeyd etmək vacibdir ki, bu cür zəruri mənbələrdə saxtakarlıq edildikdə, yanlış qeydlər aparıldıqda, təsvirlərlər  tarixi məlumatları əks etdirmədikdə yaranan qeyri-elmilik sonrakı mərhələlərdə təkrarlanaraq bəşəri səhvlərə səbəb olur. Bu baxımdan ingilis və rus dillərində çap edilmiş "Ermənistan dünya kartoqrafiyasında" nəşri də istisnalıq təşkil etmir, əksinə beynəlxalq səviyyədə milli böhtan və qərəz formalı informasiyanın kütləviləşməsinə gətirib çıxara bilə(i)r. Əvvəlki yazılarımızda qeyd olunduğu kimi erməni ictimaiyyətinin saxtakarlıq üzərində qurduqları iddialarla Türkiyə Cumhuriyyətinin və Azərbaycan Respublikasının sərhədləri hüduduna qəsd cəhdlərini özündə ehtiva edən bu mənbə məhz tarixi-coğrafi məlumatların və təsvirlərin cəfəng yalanlanması ilə səciyyələnir. Bu  yazımızda həmin saxta hay-kilsə yalanlarını  orta əsrlərin son mərhələsində (XV-XVI əsrlərdə) Qərbi Avropa alimləri-kartoqrafları və səyyahları  tərəfindən tərib edilmiş dünya xəritələrinin nümunəsində təhlil edəcəyik. Bir halı da nəzərə almaq lazımdır ki, hay-kilsə icması bu kimi yanaşmalarda mistik fərziyyələrini əsaslandırmaq naminə daha çox kosmoqoniya və illüstrasiya üsulu ilə tərtib edilmiş daş döymələrə və rəsmlərə üstünlük verirlər.

Uydurma iddialarla araya-ərsəyə gətirilmiş haqqında söhbət gedən nəşrdə verilən xəritələrdən biri fransız kartoqrafı və dəniz səyyahı Pyer Deselyenin (1487-1553) 1550-ci ildə Fransanın Montmorensi şəhərində çəkdiyi  "Planisfera" xəritəsinin bir hissəsi verilib. Çox gözəl. Amma, nədənsə o dövrlərdə indiki Gürcüstan ərazisi xəritələrdə "Kolxida" və ya  "İberiya" adı altında təsvir edilirdisə, bu xəritədə birbaşa  "Georqia" yazılıb. Və yaxud, geniş ərazi əhatə edən Bizans və İran dövlətinin, orta əsrlərin qüdrətli dəniz dövləti Finikiyanın adı yox, həmin hissədə "erməni dövləti"nin adı və şəkilli təsviri verilmişdir. Və yaxud, Balkan yarımadası, Aralıq, Qara və Azov dənizlərinin sahillərindəki şəhərlərin adı yazılsa da, bu hal Xəzər dənizi sahillərinə münasibətdə nədənsə "yaddan çıxmışdır." Amma, kitabın giriş hissəsində qeyd edilir ki, Pyer Deselye Amerikadan Yaponiyaya, Sakit okeana qədər bütün əraziləri xəritəsində (həm də yarımkürələr xəritəsində) təsvir etmişdir. Deməli, hay-qəbilə sürüsünə  və kilsə icmasına dünya məhəbbəti, xüsusilə "fransız sevgisi"nin tarixi orta əsrlər səddini də adlayaraq  qədim əsrlərdən qaynaqlanır.

Səyyah P.Deselyenin "Mappa Mundi" adlı xəritəsi 1546-cı ildə Kale şəhəri yaxınlığında müəllifin dini xidməti (qulluğu) dövründə tərtib edilmişdir. Xəritənin şərh hissəsində bu xəritədə dünyanın liman şəhərlərinin və dəniz səyyahlarıüçün bəzi zəruri əlavələr, qeydlər aparılmış, eləcə də quru hissənin mərkəzində Ermənistan və onun dağlıq yaylası, dağları və çaylarının təsviri bildirilir. Amma, xəritədə əgər coğrafi məkan toponimi (yer adı) yazılmayıbsa onu təxəyyülə uyğun necə dəqiq ünvanlamaq olar? Daha sonra, hay kilsəsinin uydurduğu "Ermənistan dağlıq  yaylası"nın bu xəritədə əllə işarələnmiş trapes və romb şəkilli xətlər onların Ptolomeyin  "Coğrafiya" əsəri əsasında tərtib edilmiş, XIII əsrə aid olan (özlərinin uydurduqları mülahizələrdir) xəritədə çəkdikləri forma ilə eynidir. Həmin xəritədə  "Kolxida", "İberiya", "Albaniya" yazmağı  unutmayıblar.

Portuqaliyalı xəritəşünas Dieqo Qomemin (1530-1576) tərtib etdiyi  xəritə kitabda sayca 3-cü sırada verilsə də, onun nə məqsədlə topluya daxil edilməsi məlum deyil. Çünki, dəniz limanlarının bu xəritə-planı yüksək keyfiyyəti ilə fərqlənsə də, təsvir və ifadə üsullarına görə bədii əsər təsiri bağışlasa da yalnız Aralıq dənizinin qərb və Afrikanın şimal hissələrini əhatə etmişdir.

Orta əsrlərin italiyalı, ispaniyalı, portuqaliyalı, holland... dəniz səyyahlarının  dünyanın liman şəhərlərinin sxematik təsvirində  "Ermənistan", "Ararat zirvəsi", "Ermənistan dağlıq yaylası" toponimlərinin işlənilməsinə (təsvirlərdə nədənsə  hay əsilli dəniz limanının adına rast gəlinmir) əvvəlcədən haqq qazandırmağa aşağıdakı fikirlə  cəhd göstərilib: "Baxmayaraq ki, ermənilərin (yəni, erməni dövlətinin - Q.Y.) dənizlərlə əlaqəsi olmayıb, amma Mərkəzi Avropanın ticarət şəhərləri ilə sıx münasibətləri olduğundan bu coğrafo adlara yer ayrılmışdır. "Əsil haylara məxsus çox məntiqsiz bir iddiadır.

Hay kilsəsi və icma sürüsünün uydurmaları və xəyali təsviri ilə  "yoğrulmuş"  xəritələrdən biri də holland kartoqrafı  Yan Blaunun  (1596-1673) 1667-ci ildə nəşr edilmiş 12 cildlik atlasında işıq üzü görmüşdür. Bu xəritdə Osmanlı Türkiyəsinin və İran dövlətinin hüdudları göstərilib, hayların olmayan yer adları qeyd olunmasa da, onların təsəvvüründə tutduqları yerin guya ermənilərə aid olduğu saxta kitablarında göstərilb, guya onlara məxsus ərazilər (yəni xəritədə adı yazılmayan) bu dövlətlərin arasında parçalanmışdır. Çünki, Yan Blau "Ermənistan", "Ararat zirvəsi" toponimlərini   xəritəsində qeyd etməyib. Yalan, saxta və uydurma mülahizələrlə zəngin olan  "Ermənistan dünya kartoqrafiyasında" kitabı hay kilsəsinin mistik-kosmoqoniya təsəvvürləri əsasında tərtibi şübhə doğurmur. Belə ki, bütün illüstrasiya və rəngli şəkillər, qraviralı rəngli şəkillər, kartoqrafik təsvirlər dini-ibadət ayinlərinin sxolostik inanc təsəvvürlərinin obrazlı ifadəsi təsirini bağışlayır. Nümunə üçün deyək ki, bu kimi təsvir almaniyalı abid, astroloq, riyaziyyatçı Kirxer Atanasın (1601-1680) Amsterdam şəhərində 1675-ci ildə çap edilmiş "Nuhun köçü" ("Noev kovçeq") kitabında verilmiş məlumatı qeyd etmək vacibdir. Guya, dünyanın və dünya xalqlarının cənnət məkanı Dəclə və Fərat çayları arasında Ermənistan ərazisindədir, yəni Ermənistan dağlıq yayalası və Ararat zirvəsi yaxınlığında və bu fikri ifadə edən rəngli, şəkilli təsvir də verilib.

Bu cür uydurma təxəyyülün məhsulları sırasına fransalı zərgər Jan Şardenin (1643-1713) İran dövlətinə səyahəti zamanı yol qeydləri və səfər təəssüratları əsasında yanında apardığı rəssamın çəkdiyi illüstrasiyaları da aid etmək olar. Bu şəkillər onun London şəhərində 1686-cı ildə şap etdirdiyi "İrana və Şərqi Hindistana Qara dənizdən və Kolxida ölkələrindən səyahət" kitabında verilmişdir. Əsasən qədim türk şəhəri İsfahanda məskunlaşmış bu fransalı ləl-cəvahirat ustası kitabında müsəlman-türk dünyasının və xalqlarının həyatından, yaşadıqları ərazilərin coğrafi mövqeyindən məlumat versə də, hay kilsəsinin və tacirlərinin istəyi ilə rast gəldiyi haylardan da kitabında cümlələrə rast gəlinir. Haylar bu ipucu kifayət etmiş və belə qələmə verirlər ki, guya C.Şardon İsfahanda yaşayanda  Ermənistan və ermənilər barədə zəngin məlumat toplamış və kitabının bir neçə fəsli bu tayfa sürüsü haqqındadır. Əslində, C.Şardon yol boyu Osmanlı Türkiyəsindən keçib Qara və Azov dənizləri hövzəsində, Kolxida ovalığı və Arrandan keçəndə, Xəzər dənizinin cənub hissələrində olanda yerli və köklü xalqlar arasında rast gəldiyi azsaylı tayfalar sırasında ermənilərin də adını çəkmişdir.

Xəstə təxəyüllərinə güc verən haylar mistik iddialarla fransalı Allen Malletin (1630-1706)  5 cildlik "Kosmosun izahı" kitabının 1683-cü ildə çap edilmiş Asiya qitəsinə aid  2-ci cildinin xəritələrini də uydurmalarına istinad nöqtəsi seçmişlər. Haylar özləri qeyd edirlər ki, bu kitabda Rusiyanın cənub hissələri təsvir edilib və Ermənistan ərazisi "Turkomaniya" kimi verilib, eləcə də Yervanın Ararat zirvəsindən görünən şəkli də çəkilb. Yenə də kosmoqonik-mistik təsəvvürlərə üstünlük verilən qeyri-müəyyən şəkillər hay kilsəsinin uydurmasının izahı naminə "Ermənistan dünya kartoqrafiyasında" kitabında daha çox yer tutur. Bu amil ilk növbədə Qərbi Avropada orta əsrlərdə geniş yayılan kilsə hakimiyyətinin güclü olması, nəşriyyatlarda əsasən dini-mistik məzmunlu kitabların daha çox çap edilməsi, oxucular arasında  peşəkar tacirlərin-səyyahların yol qeydlərinə-səfər təəssüratlarına əsaslanan kitabların geniş yayılması ilə bağlıdır. Və bu kitablarda rəngli şəkillərin və miniatür təsvirlərin üstünlüyü hay kilsəsi üçün uydurma dini-mistik təlimlərinin əsaslandırılmasına təkan vermişdir.

Bütün dövrlərdə hay qəbilə-tayfa sürüsünə bu cür nəşrlər çox sərfəli olmuşdur. 

Qismət Yunusoğlu,

 Bakı Dövlət Universitetinin müəllimi (050.372.60.08.)