Dünya bazarlarında neftin qiyməti artıb

22 Aprel 2019 13:38 (UTC+04:00)

Brendin qiyməti 74$-ı ötüb.

Olaylar.az bildirir ki, bu barədə "Bloomberg" məlumat verib.

Məlumata görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI (West Texas Intermediate) neftinin qiyməti 1.65$ yəni, 2,58 % bahalaşaraq  65.65$-da qərarlaşıb.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 2.11$, yəni, 2.93% bahalaşaraq  74.08$-a təklif olunub.