Qənirə Paşayeva Çinarə Məlikzadə ilə duet oxudu - VİDEO

19 Aprel 2019 11:03 (UTC+04:00)

Müğənni Çinarə Məlikzadə Türkiyənin millət vəkili Mustafa Destici ilə duet oxuyub.

Sənətçi dünən Ankarada keçirilən mərasimdə səhnə alıb. Müğənni "Çırpınırdı Qara dəniz" mahnısını səsləndirib.

Çinarə tədbirdə iştirak edən azərbaycanlı deputat Qənirə Paşayeva və Türkiyənin Büyük Birlik Partiyasının rəhbəri, millət vəkili Mustafa Desticinin yanına yaxınlaşaraq mahnının nəqarətini onlarla birlikdə ifa edib.

Sənətçi sözügedən görüntüləri İnstaqramda yayımlayıb.

publika