Çinarə millət vəkilləri ilə mahnı oxudu - Video

19 Aprel 2019 10:21 (UTC+04:00)

Müğənni Çinarə Məlikzadə Ankarada keçirilən bir məclisdə səhnəyə çıxıb. İfaçı orada "Çırpınırdı Qara dəniz" mahnısını səsləndirib. 

Məclisdə millət vəkilləri də yer alıblar. Çinarə azərbaycanlı deputat Qənirə Paşayeva və Türkiyənin Büyük Birlik Partiyasının rəhbəri, millət vəkili Mustafa Desticinin yanına yaxınlaşaraq mikrofonu onlara uzadıb. Millət vəkilləri və digər qonaqlar da Çinarə ilə birlikdə mahnı ifa ediblər. 

Sənətçi sözügedən görüntüləri İnstaqramda yayımlayıb. 

Axşam.az