Salyan sakinində 3 kq marixuana aşkar edilib

18 Aprel 2019 15:12 (UTC+04:00)

DİO əməkdaşları tərəfindən narkotik vasitələr aşkar edilərək götürülüb. DİN-dən "Olaylar"a verilən məlumata görə, Salyan RPŞ əməkdaşlarının əldə edilmiş məlumat əsasında Çadırlı kənd sakini, əvvəllər məhkum olunmuş T.Həmzəyevin evində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 8 ədəd çətənə kolu, habelə gizlətdiyi 3 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.