Silsilə oğurluqla məşğul olan şəxslər tututlublar

18 Aprel 2019 15:09 (UTC+04:00)

Oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini saxlanılıb. DİN-dən "Olaylar" verilən məlumata görə, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində 6 avtomobildən akkumulyator, maqnitofon və səsgücləndirici oğurlamaqda şübhəli bilinən Gəncə şəhər sakini İ.Məmmədov saxlanılıb.

Sumqayıt ŞPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər ərazisindəki evlərin birindən 750 manat və 100 ABŞ dolları, habelə noutbuk oğurlamaqda şübhəli bilinən Sumqayıt sakini, əvvəllər məhkum olunmuş S.Vəlizadə saxlanılıb.