İqtisadiyyat Nazirliyinin komandası ikinci yerə layiq görülüb

18 Aprel 2019 14:57 (UTC+04:00)

"Nə? Harada? Nə zaman" intellektual turnirində İqtisadiyyat Nazirliyinin komandası ikinci yerə layiq görülüb. "Olaylar" xəbər verir ki, Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 96-cı il dönümünə həsr olunmuş "Nə? Harada? Nə zaman" intellektual oyunu keçirilib. Dövlət qurumlarının və digər təşkilatların 30 komandasının iştirak etdiyi intellektual turnirdə İqtisadiyyat Nazirliyinin "İqtisadiyyat" komandası turnirdə yüksək nəticə göstərərək 2-ci yerə layiq görülüb. Turnirin sonunda ilk üç yeri tutan komandaya fəxri fərman və mükafat verilib.