Ərdoğanın kürəkənini Donald Tramp qəbul etdi – Açıqlama

16 Aprel 2019 10:35 (UTC+04:00)

G20 toplantısı üçün ABŞ-a səfər edən Türkiyənin maliyyə naziri Berat Albayraq Amerika Prezidenti Donald Trampla görüşüb.

Maliyyə naziri görüşdən sonra bəyan edib ki, Donald Trampa Türkiyə prezidentinin mesajlarını çatdırıb, habelə qarşı tərəfdən pozitiv reaksiya görüb.

O, Ankaraya qayıtdıqdan sonra Trampın mesajlarını Türkiyə prezidentinə çatdıracağını deyib.

Nazir Albayrak əlavə edib ki, Ağ-Evdə xəzinə və iqtisadiyyat nazirliyinə rəhbərlik edən həmkarları ilə görüşüb: "Bu görüş 20 milyardlıq ticarət həcmini 75 milyard dollara çatdırılması ilə bağlı idi. Əvvəlcə dar çərçivədə toplantı oldu. Sonra ABŞ Prezidenti Donald Tramp bizi qəbul etdi. Prezidentimizin bəzi mesajları vardır ki, onu qarşı tərəfə çatdırdım. Çox gözəl və əhatəli bir görüş oldu".

Türkiyənin maliyyə naziri Berat Albayraq eyni zamanda Prezident Ərdoğanın kürəkənidir.

teleqraf