Deputatlarımız Türkiyədə səfərdə olacaqlar

15 Aprel 2019 15:24 (UTC+04:00)

Türkiyədə Milli Məclisin  deputatı Elmira Axundovanın  "Şəxsiyyət və zaman" kitabının türk dilinə tərcüməsinin təqdimat mərasimi keçiriləcək. MM-dən "Olaylar"a verilən məlumata görə, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və deputat  Elmira Axundova mərasimdə iştirak etmək üçün aprelin 15-də  Türkiyə paytaxtı Ankaraya  səfərə gedəcəklər. Tədbirdə  mövzu ilə bağlı   fikir mübadiləsi aparılacaq. Səfər aprelin 21-də başa çatacaq.