Nursultan Nazarbayev küçəyə bu geyimdə çıxdı - Fotolar

21 Mart 2019 12:09 (UTC+04:00)

Qazaxıstanın istefa vermiş birinci prezidenti Nursultan Nazarbayev hazırkı dövlət başçısı Qasım-Jomart Tokayevlə Astanada Novruz bayramı tədbirlərinə qatılıb.

Onlar paytaxtdakı etno-aula baş çəkib, qazaxların bayramını təbrik ediblər.

Sabiq prezident milli geyimdə, hazırkı dövlət başçısı rəsmi libasda olub.

Tədbirdə təzə evlənən 9 cütlük Nazarbayevə və Tokayevə yaxınlaşaraq onlardan xeyir-dua alıblar.

Fotodan belə anlaşılır ki, Nursultan Nazarbayevin qızı, ötən gün Qazaxıstan Senatının sədri seçilmiş Dariqa Nazarbayeva da tədbirdə iştirak edib.

teleqraf