Həbibdən məscidə hücumla bağlı açıqlama

15 Mart 2019 18:24 (UTC+04:00)

Rusiyalı qarışıq əlbəyaxa döyüş növləri ustası, yüngül çəkidə hazırda UFC çempionu Həbib Nurməhəmmədov Yeni Zelandiyada baş verən terror aktını pisləyib.

O bu barədə şəxsi İnstaqram səhifəsində yazıb:

"Biz Allaha məxsusuq və ona qayıdacağıq. Bu, gördüyüm ən pis videolardan biridir. Allah bizdən daha yaxşısını bilir, hər kəsə səbir arzulayıram", - deyə o qeyd edib.

Qeyd edək ki, Yeni Zelandiyanın Kraystçerç şəhərində iki məscidə hücum nəticəsində ölənlərin sayı 49 nəfərə çatıb. Hücumu həyata keçirən şəxs hadisə anında canlı yayım edib.

axar