Koçaryan həbsdə qaldı

15 Mart 2019 16:58 (UTC+04:00)

Ermənistanda konstitusion quruluşu devirməkdə ittiham olunan eks-prezident Robert Koçaryanın həbs müddəti uzadılıb.

Martın 15-də keçirilən məhkəmə prosesində Xüsusi İstintaq Xidmətinin vəsatəti təmin olunub və Koçaryanın həbs müddəti daha 2 ay artırılıb.

Xatırladaq ki, R. Koçaryana qarşı 1 mart 2008-ci il hadisələri ilə bağlı aparılan istintaq çərçivəsində ittiham elan olunub. O, dekabrın 7-dən həbsdədir.(qafqazinfo.az)