Baş nazir ilk dəfə parlamentdə hesabat verəcək

15 Mart 2019 11:52 (UTC+04:00)

Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun bu gün Milli Məclisə hesabat verəcək."Olaylar"ın məlumatına görə, Nazirlər Kabinetinin 2018-ci il üzrə fəaliyyəti haqqında hesabatı Milli Məclisin bugünkü iclasında dinləniləcək.İclasda Novruz Məmmədov Baş nazir təyin olunduqdan sonra ilk dəfə deputatlar qarşısında hökumətin illik fəaliyyəti barədə hesabat verəcək, sonra hesabat müzakirə olunacaq.Hesabatın mart ayının əvvəlindən tanışlıq üçün Milli Məclisə təqdim olunub.Prezident İlham Əliyevin 21 aprel 2018-ci il tarixli sərəncamı ilə Novruz Məmmədov Azərbaycan Respublikasının Baş naziri təyin edilib.