Antarktida dağlarında yadplanetlilərin bazası tapıldı — VİDEO

11 Fevral 2019 16:56 (UTC+04:00)

İnternetdə yer alan kadrlarda materikdə gizli bazanın olduğu görünür. Baza ya yadplanetlilərə, ya da qədim sivilizasiyaya məxsusdur.

Konspiroloqların fikrinə əsasən, bütün kadrlar hələ 2017-ci ildə Rusiya peykləri vasitəsilə lentə alınıb və sosial şəbəkələrə yerləşdirilib. Amma sonradan ABŞ hökuməti tərəfindən sildirilib. Çünki bu kadrlar yadplanetlilərin mövcudluğunu birbaşa sübut edirdi. Amma görünür kadrları o vaxt kimsə kompüterinin yaddaşına köçürüb.

Tədqiqatçılar kadrlarda yadplanetlilərin bazasına oxşayan bina ilə yanaşı, piramida və ariyalıların ezoterik simvollarının izini də tapıblar. Hazırda ufoloq və konspiroloqlar Antarktidanın dağ ərasini tədqiq edirlər.