Muzeyə kitablar hədiyyə edildi

11 Fevral 2019 15:26 (UTC+04:00)

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyi Bakıətrafı qəsəbələrdə ölkəmizin milli-mədəni sərvətlərinin toplanması, qorunması və gələcək nəslə ötürülməsi məqsədilə "Muzeyə eksponat hədiyyə et, özün haqqında xatirə saxla" layihəsini həyata keçirir.

Muzeydən Olaylar.az-a bildiriblər ki, layihə çərçivəsində bu müəssisəyə müxtəlif adda kitablar hədiyyə edilib. Belə ki, kinoşünas, Əməkdar mədəniyyət işçisi və Əməkdar incəsənət xadimi Aydın Kazımzadə tərəfindən "Azərbaycan kinematoqrafçıları (5 buraxılış)", "Kinokamera gəzdirən adam", "Üzeyir Hacıbəyli və kino" adlı nəşrlər, həmçinin muğamşünas Vaqif Əliyevin "Maştağanın muğam dünyası", "Musiqi poetik mənbələrdə" və s. kitablar muzeyə verilib.