Röya qız vaxtı evdə tək qaldığı o gecədən danışdı: Onda anladım bu nədir - VİDEO

11 Fevral 2019 11:11 (UTC+04:00)

Əməkdar artist Röya Ayxan qonağı olduğu "Zaurla Günaydın"da verilişə təşrif buyuran başqa bir qonağın özü ilə gətirdiyi kakoslu tortu görüncə uşaqlığına aid bir xatirəsini danışıb.

Milli.Az xəbər verir ki, xanım müğənni həmin gecədən sonra kakosdan iyrəndiyini bildirib.

Röya ac qalmamaq üçün görün nə edib:

"Uşaq vaxtı məni xalamgildə evdə qoyub getdilər. Yadlarından çıxdı ki, yeməyə heç nə qoymayıblar. Bir sutkadan sonra gəliblər. Mən də evdə kakos tapdım, başladım onu yeməyə. O vaxt 8-9 yaşım olardı. Qız vaxtı deyim də (gülür). Mən ondan sonra kakosa nifrət etdim".