Makron Davosa getməkdən imtina etdi

11 Yanvar 2019 18:30 (UTC+04:00)

Fransa Prezidenti Emmanuel Makron Davosda keçiriləcək Ümumdünya İqtisadi Forumuna qatılmayacaq.

Bu barədə Yelisey Sarayından məlumat verilib.

Prezidentin foruma qatılmayacağına səbəb kimi gərgin iş qrafiki və "sarı jiletlilər"in aksiyası göstərilib.

Qeyd edək ki, Davos forumu 22-25 yanvar tarixlərində keçiriləcək.

Axar.az