DİN dəhşətli qəza ilə bağlı məlumat yaydı

11 Yanvar 2019 14:42 (UTC+04:00)

Daxili İşlər Nazirliyi (DİN) ötən gün Qubada baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb. DİN-dən "Olaylar"a verilən məlumata görə, yanvarın 10-da saat 9 radələrində Quba rayonunun Zərdabi kəndi ərazisində rayon sakinləri Pənah Məmmədovun idarə etdiyi "Ford Transit" və Ramil Seyidəhmədovun idarə etdiyi "VAZ-21010" markalı avtomobillər toqquşub. R.Seyidəhmədovun sərnişinlərindən Şakir Abbasov və Coşqun Qasımov hadisə yerində, Nahid Tarverdiyev isə xəstəxanaya aparılarkən yolda ölüb, R.Seyidəhmədov xəstəxanaya yerləşdirilib. Quba RPŞ tərəfindən araşdırma aparılır.