Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib

8 Noyabr 2018 18:52 (UTC+04:00)

Azərbaycan Prezidenti İlham Əliyev Kamboca Kralı Norodom Sihamoniyə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Kamboca Krallığının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Kamboca xalqına sülh və tərəqqi diləyirəm".