“Mercedes” piyadanı vurub öldürdü

8 Noyabr 2018 18:56 (UTC+04:00)

Səbail rayonu Badamdar qəsəbəsinin ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən "Olaylar"a verilən məlumata görə, noyabrın 7-də saat 9 radələrində Səbail rayonu Badamdar qəsəbəsinin ərazisində Bakı şəhər sakini Dilqəm Umudov idarə etdiyi "Mercedes" markalı avtomobillə piyada zolağında yolu keçən Yardımlı rayon sakini Cavid Nemətlini vurmuşdur. Piyada xəstəxanaya aparılarkən yolda ölmüşdür. Səbail RPİ tərəfindən araşdırma aparılır.