"Prezidentin Ağdama səfəri mənfur düşmənimizə bir dərsdir" - Deputat

8 Noyabr 2018 17:57 (UTC+04:00)

"Prezident İlham Əliyevin Ağdama səfəri onun Dağlıq Qarbağ bölgəsini daim diqqətdə saxladığını göstərir".

Bunu millət vəkili Aydın Hüseynov bildirib.

Onun sözlərinə görə, ölkə başçısı hər zaman ölkənin bütün regionlarına səfər edir:

"Bu səfərlər regionların sosial-iqdisadi inkişafı haqqında qəbul olunmuş dövlət proqramının tərkib hissəsidir. Son zamanlar dövlət proqramı çərçivəsində regionlarımızın sürətli inkişafının şahidi oluruq. Rayonlarımızda bütün infrastrukturlar yenidən tikilib, bərpa olunub, əhalinin istifadəsinə verilib. Hazırda elektrik enerjisinin təminatı ilə bağlı Azərbaycanın ən ucqar kəndində belə problem yoxdur. Dağlıq Qarabağ bölgəsi bizim üçün çox həssas bir ərazidir. 

Cənab prezidentin həmin rayonlara səfər etməsi və doğum günü yubileyini orada keçirməsi göstərir ki, ölkə başçısı bu ərazilərə, oranın əhalisinə xüsusi diqqət ayırır. Bu da bizim mənfur düşmənimizə bir dərsdir.

Cənab prezident Ağdama səfəri zamanı rayonun bir sıra infrastrukturlarının açılışında iştirak etdi. Ağdamda yeni müəssisələrin açılması insanları öz yurduna daha da möhkəm bağlayır. Onların məşğuliyyəti, məsuliyyəti artır, iqtisadi rifahı yaxşılaşır. 

Ölkə başçısının səfəri zamanı Ağdam rayonunda Bayraq muzeyinin açılışında iştirak etdi. Bu muzeyin açılışı da onu göstərir ki, Azərbaycanın şanlı bayrağı yaxın vaxtlarda Laçında, Şuşada, Xankəndində, Xocalıda yəni bütün Dağlıq Qarabağ ərazisində dalğalanacaq.

A.Hüseynov onu da bəyan edib ki, cənab prezident Ağdam rayonuna səfəri çərçivəsində Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ məsələsinə də toxunub:

"Cənab prezident bildirib ki, Azərbaycan torpaqlarını heç kimə güzəştə getməyəcək. Ölkəmiz Dağlıq Qarabağın işğalı ilə barışmayacaq. Bu münaqişədə Azərbaycan prinsipial mövqe tutub. Dağlıq Qarabağ Azərbaycanın tərkibinə qaytarılmalıdır. Ölkəmizin suverenliyi təmin olunmalıdır. Cənab prezidentin səfərlərində həm iqtisadi, həm siyasi, həm də böyük diplomatik gedişlər var".

sherg.az