Məşhur tennisçidən ibratəmiz hərəkət - Foto

11 Oktyabr 2018 16:51 (UTC+04:00)

Dünyanın ən məşhur tenisçilerinden biri olan Rafael Nadal, İspaniyadakı sel fəlakətindən sonra könüllü olaraq təmizləmə işlərinə qatılıb.

Olaylar.az xarici mediaya istinadən xəbər verir ki, Doğulduğu Mayorka adasındakı sel fəlakəti səbəbiylə evakuasiya edilənlər ya da evlərini su basanlara idman təsisi ilə tennis akademiyasının qapısını açan Nadal, daha sonra təmizləmə işlərində bələdiyyə işçilərinə kömək edib. 

Fəlakətə bağlı sosial şəbəkə hesabında paylaşım edən məşhur tennisçi bildirib ki, bu gün Mayorka üçün kədərli bir gündür: "San Llorençchr("39")daki şiddətli sel səbəbiylə həyatını itirənlərin ailələrinə səmimi qəlbdən başsağlığı arzu edirəm"

Qeyd edək ki, sözügedən fəlakətdə uşaqlarda daxil olmaqla 10 nəfər həyatını itirib.