Rostropoviç və həyat yoldaşının əşyaları 4,6 milyon dollara hərraca çıxarılacaq

11 Oktyabr 2018 16:35 (UTC+04:00)

Rusiyalı opera müğənnisi Qalina Vişnevskayanın və onun dünya şöhrətli violençel ifaçısı həyat yoldaşı Mstislav Rostropoviçin şəxsi kolleksiyasında olan əşyalar "Sothebychr("39")s" hərracına çıxarılacaq.

Qeyd olunur ki, kolleksiya 300-dən çox incəsənət əsəri, mebellər, zinət əşyaları, kitablar və M.Rostropoviçin ifa etdiyi musiqi alətlərindən ibarətdir. Əşyaların ümumi dəyəri 3,5 milyon funt sterlinq (4,6 milyon ABŞ dolları) dəyərində qiymətləndirilir.

"Hərrac onların inanılmaz birgə həyatına nəzər salmaq imkanı verəcək" - "Sothebychr("39")s" hərrac evinin bəyanatında deyilir.

report