"Gizli səs yazısı göstərdi ki, Paşinyanın..." - Dubnov

14 Sentyabr 2018 16:33 (UTC+04:00)

Ermənistanın yüksəkvəzifəli məmurlarının şəxsi danışıqlarının yayımlanması, Ermənistan baş nazirinə qarşı yaranan etirazın göstəricisidir.

Bunu "Sobesednik.ru" saytına açıqlamasında politoloq Arkadi Dubnov deyib. Onun sözlərinə görə, məmurların danışığının yayımlanması göstərir ki, Paşinyanın düşmənləri var və onlar baş nazirin hakimiyyətini legitim hesab etmirlər:

"Postsovet Ermənistanın tarixində iki qanlı toqquşma olub. Bunlardan biri 1999-cu il parlament teraktı, ikincisi 2008-ci il hadisələridir. 2008-ci il mitinqlərinin təşkilatçılarından biri Nikol Paşinyan idi. O buna görə həbsdə yatıb və amnistiya ilə həbsdən çıxıb. Müxalifət hər zaman bu hadisəni hökumətin cinayəti hesab edib. Bu hadisə ermənilərin yaddaşında hökumətin ən ali ədalətsizliklərindən biri kimi yadda qalıb və Paşinyanın əsas istifadə etdiyi ifadələrdən biri olub. Məhz bu ifadələr onu hakimiyyətə gətirib. Ona görə də Paşinyanın bu ittihamları məhkəmə vasitəsilə reallaşdırması şərəf məsələsi idi. O, məhz bunu etdi və Ermənistan məhkəmənin müstəqil olduğunu göstərdi. Məmurların telefon danışığının yayılması göstərdi ki, əslində Paşinyanın nümayiş etdirdiyi məhkəmə sistemi heç də müstəqil deyil".

Onun sözlərinə görə, Rusiya və Ermənistan əvvəl-axır yenidən dostluq münasibətləri qurmaq məcburiyyətində qalacaqlar. O, indiki geosiyasi və iqtisadi şəraitdə Ermənistanın Rusiya ilə uzaq və loyal münasibətdə olmaması gərəkdiyini deyib.

Axar.az