Kalaşnikov İrəvana gəldi: Azərbaycan və Türkiyə...

14 Sentyabr 2018 12:49 (UTC+04:00)

Rusiya Dumasının MDB Məsələləri üzrə Komitəsinin rəhbəri Leonid Kalaşnikovun rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistana gəlib.

Kalaşnikov İrəvanda ilk olaraq Ermənistan parlamentinin spikeri Ara Babloyanla görüşüb.

Onun parlamentin vitse-spikeri Eduard Şarmazanovla da görüşü baş tutub. Görüş zamanı Şarmazanov Azərbaycan və Türkiyənin KTMT-nin cənub sərhədləri üçün təhdid olduğunu bildirib. O, həmçinin, Ermənistanla Rusiya arasında müttəfiqlik münasibətlərinin inkişafının vacib olduğunu və Ermənistan parlamentinin bunun üçün böyük səy göstərdiyini deyib.

Axar.az