NASA Ayın orbitində kosmik stansiya quracaq

12 Sentyabr 2018 15:48 (UTC+04:00)

ABŞ-ın Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqi Agentliyi (NASA) Ayın orbitində astronavtlar üçün kosmik stansiya qurmağı planlaşdırır.

"Lunar Orbital Platform-Gateway" adlanacaq 55 tonluq stansiyanın ilk hissəsinin 2022-ci ildə, nəzərdə tutulan digər hissələrin isə mərhələli şəkildə orbitə göndərilməsi planlaşdırılır.

NASA rəsmiləri stansiyanın 2022-ci ildən bir neçə il sonra astronavtlara ev sahibliyi etməyə hazır olacağını deyiblər.

"Report"