Yeni layihə Administrasiyasının rəyini alındıqdan sonra müzakirəyə çıxarılacaq

12 Sentyabr 2018 15:12 (UTC+04:00)

"Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında" qanun yenidən hazırlanır."Olaylar" xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin payız sessiyasının qanunverici işlər planına salınıb. Aqrar siyasət komitəsinin sentyabrın 12-də  keçirilən iclasında komitə sədri Eldar İbrahimov deyib ki, Milli Məclis layihəni Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə hazırlayıb: "Layihə Prezident Administrasiyasına göndərilib. Prezident Administrasiyasının rəyi alındıqdan sonra layihə parlamentdə müzakirəyə çıxarılacaq". Qeyd edək ki, hazırda qüvvədə olan "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında" qanun 2002-ci ildə qəbul olunub.