Lavrov: "Artıq musiqini ABŞ sifariş vermir"

12 Sentyabr 2018 13:25 (UTC+04:00)

Artıq beynəlxalq məsələlərdə ABŞ-ın "musiqi sifariş vermək" monopoliyasına son qoyulub.

Bunu Şərq İqtisadiyyat Forumunda çıxışı zamanı Rusiya Xarici İşlər naziri Sergey Lavrov deyib.

"Bir neçə əsr ərzində beynəlxalq münasibətlərdə musiqini sifariş verən və ciddi heç bir müqavimətlə rastlaşmayan ölkəni anlamaq olar. İndi bu monopoliya obyektiv olaraq itir. Ona görə də bir sıra böyük dövlətlərlə hesablaşmamaq olmaz", - deyə o bildirib.

Axar.az