Nüsrətin restoranında müştəriyə şok hesab: 41 min dollar — FOTO

11 Sentyabr 2018 09:56 (UTC+04:00)

"Saltbae" hərəkəti ilə dünyada məşhurlaşan elit qəssab Nüsrət Gökçənin Nyu Yorkdakı restoranında gələn hesab hamının müzakirəsinə səbəb olub.

Olaylar.az "Ölkə.Az"- istindla xəbər verir ki, restoranda 41 min dollar hesab ödəyən müştəri qəbzin şəklini sosial şəbəkədə paylaşıb. 

Qəbzdən görünür ki, restoranda 2 şüşə Petrus şərabına 18 min dollar istənilib. Hesabın aşağı hissəsində isə 5825 dollarlıq servis qiyməti isə xüsusi diqqət çəkir.