Hacıqabulda süni göldə 1 nəfər batıb

11 İyul 2018 18:38 (UTC+04:00)

Hacıqabul rayonunun Birinci Udullu kəndi ərazisində süni göldə 1 nəfərin batdığı ehtimal olunur.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Trend