“BakuBus” MMC-də vətəndaşlarla növbəti görüş keçirilib

11 İyul 2018 16:56 (UTC+04:00)

"BakuBus" MMC-də vətəndaşlarla növbəti görüş keçirilib.

"OLAYLAR"-a daxil olan məlumata görə, görüşdə vətəndaşlar "BakuBus" MMC-yə edilən müraciətlər əsasında aparılan araşdırmanın nəticəsi və görülən tədbirlər barədə məlumatlandırılıb. Həmçinin, onların fikir və təklifləri dinlənilib. 

Qeyd edək ki, hər ay "BakuBus" MMC-yə "Qaynar xətt", elektron poçt və sosial şəbəkələr vasitəsilə müraciət edən, eləcə də "BakuBus" MMC ilə əlaqədar şikayət və təkliflərini Bakı Nəqliyyat Agentliyinə bildirən vətəndaşlarla görüş təşkil olunur. Belə ki, "BakuBus" MMC ilə bağlı daxil olan bütün müraciətlər qeydə alınır, araşdırma tələb edənləri nəzarətə götürülür. Araşdırma başa çatdıqdan sonra isə vətəndaşlar nəticə və həyata keçirilən tədbirlərlə tanış olmaq, həmçinin, fikir və təkliflərini bildirmək üçün "BakuBus" MMC-yə dəvət olunurlar. 

Onu da qeyd edək ki, müraciətləri əsasında araşdırma aparılsa da, vətəndaşların əksəriyyəti nəticə və görülən tədbirlər barədə məlumat almaq, eləcə də fikir və təkliflərini bildirmək üçün "BakuBus" MMC-yə gəlmək istəmədiklərini və ya artıq şikayətçi olmadıqlarını bildirirlər. 
"BakuBus" MMC müraciəti əsasında araşdırma aparılan və dəvət alan bütün vətəndaşları müvafiq görüşlərdə iştirak etməyə çağırır.