BNA Sabunçu-Zabrat yolunda hərəkətə mane olan halların aradan qaldırılmasına başladı

11 İyul 2018 16:54 (UTC+04:00)

Paytaxt yollarında tıxac və digər problemlərin həlli istiqamətində layihələrin icrası davam etdirilir. Bu çərçivədə Zabrat şosesinin Heydər Əliyev prospekti ilə kəsişən hissəsində (Sabunçu yol qovşağı) yerüstü piyada keçidinin yaxınlığında işlərə başlanılıb.

"OLAYLAR" -a BNA-dan bildirilib ki, bu məqsədlə, yerüstü piyada keçidinin yaxınlığında yerləşən dayanacaq məntəqələrinin yeri dəyişdirilərək cib tipli təşkil ediləcək.

Bununla da günün pik saatlarında qeyd edilən yolda nəqliyyatın hərəkətində müşahidə edilən tıxacın aradan qaldırılması və sərnişinlərinin rahatlığının, eləcə də təhlükəsizliyinin təmin edilməsi mümkün olacaq